Azərbaycan Respublikasının rəsmi dövlət platforması

Rəsmi vebsaytları necə tanımaq olar?
BETA
e-iştirak haqqında
Vətəndaş iştirakını və dövlət xidmətlərinə çıxışı asanlaşdıran rəqəmsal platforma.
Platforma haqqında
e-iştirak vətəndaşların dövlət idarəçiliyində fəal iştirakını təmin edən innovativ rəqəmsal platformadır. Platformanın əsas məqsədi qərar qəbuletmədə vətəndaş səsinin nəzərə alınmasını təmin etmək, ictimai dialoqu genişləndirmək və inklüziv idarəetməni təşviq etməkdir. 

Bu platforma vasitəsilə istifadəçilər öz fikir və təkliflərini bölüşə, ictimai sorğularda iştirak edə və müxtəlif mövzularda rəy bildirə bilərlər. Bununla da, dövlət qurumları ilə birbaşa və çevik əlaqə yaratmış olurlar. 

e-iştirak mövcud idarəetmə modelini əməkdaşlıq əsasında gücləndirir və həm cari təşəbbüslər, həm də yeni ideyalar üzrə açıq müzakirə mühiti yaradır. Platformada hər bir istifadəçi üçün sadə və funksional interfeys təqdim olunur ki, bu da istifadənin əlçatanlığını artırır. 

Məlumatların etibarlı qorunması və istifadəçi məxfiliyinin təmin olunması isə platformanın əsas prinsiplərindəndir. Bu cəhətlər e-iştirak platformasını vətəndaş iştirakçılığının rəqəmsal mühitdə gücləndirilməsinə xidmət edən mühüm bir alətə çevirir.. 

e-iştirak platformasının sahibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və operatoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. 


Missiyamız
Missiyamız vətəndaşların ictimai idarəetmədə iştirakını təşviq etmək, onların idarəetmə sahəsində fikir və töhfələrini ifadə edə biləcəyi rəqəmsal mühit yaratmaqdır.

Biz dövlət-vətəndaş əməkdaşlığını gücləndirərək açıq hökumət, etimad və birgə fəaliyyətə əsaslanan idarəetməni dəstəkləyirik. Məqsədimiz inklüziv və iştiraklı cəmiyyətin formalaşmasına töhfə verməkdir. Bu yanaşma bizi daha dayanıqlı və birliyə əsaslanan gələcəyə doğru aparır. 


Vizyonumuz
Vizyonumuz vətəndaşların qərar qəbuletmədə fəal iştirak etdiyi, açıqlıq və inklüzivlik prinsiplərinin daha da gücləndirildiyi rəqəmsal mühitin formalaşdırılmasıdır. Biz innovasiya və əməkdaşlıq üzərində qurulmuş rəqəmsal ekosistem vasitəsilə dövlət və cəmiyyət arasında rəqəmsal etimad və tərəfdaşlığı inkişaf etdirməyi hədəfləyirik. Məqsədimiz hər kəs üçün əlçatan, dayanıqlı və sosialyönümlü idarəetməyə keçidi dəstəkləməkdir. 

Fikirləriniz dəyərli, iştirakınız vacibdir! 
Əgər fikir və təklifləriniz varsa, e-iştirak platforması vasitəsilə sizi dinləməyə hazırıq. Platformaya qoşulun, rəqəmsal idarəçilikdə söz sahibi olun.

Bu səhifə faydalıdır?
  • Bəli
  • Xeyr
Səhifənin son yenilənmə tarixi:
28 Apr 2025

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı