Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planın icrası məqsədilə 2024-cü ildə təsis edilmişdir.
Yaradıcı Mərkəzin əsas məqsədi – gənc istedadların dəstəklənməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və yaradıcılıq potensialının üzə çıxarılması üşün şəraitin yaradılmasıdır. Mərkəz mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirir, bu sahədə yeni biznes subyektlərinin və startapların formalaşdırılmasını və inkişafını dəstəkləyir, yerli yaradıcı məhsul və xidmətlərin yaradılmasına və ixracının artırılmasına töhfə verir.