Artıq fiziki müraciətlər, uzun növbələr və kağız sənədlərlə bağlı çətinliklər keçmişdə qaldı. mygov sayəsində bütün bu proseslər onlayn, sürətli və rahat şəkildə həll edilir.
Daha çox
“digital.bridge” dövlət və özəl qurumlar arasında təhlükəsiz və səmərəli inteqrasiyanı təmin edən, informasiya axınını “bir dəfə məlumat” prinsipi əsasında standartlaşdıran və təkrarlanan məlumat girişinə ehtiyacı aradan qaldıran milli məlumat mübadiləsi platformasıdır.
Daha çox
mygov ID dövlət və özəl qurumlar tərəfindən təqdim olunan elektron xidmətlərə vahid giriş imkanı verən rəqəmsal identifikasiya sistemidir.
Daha çox
"Açıq məlumatlar" hökumətlər və digər qurumlar tərəfindən heç bir məhdudiyyət olmadan ictimaiyyətə təqdim edilən, geniş istifadə imkanlarına sahib məlumatlardır. Bu məlumatlar innovasiya proseslərini sürətləndirərək, məlumat əsaslı qərarların qəbulunu asanlaşdırır.
Daha çox
“digital.finance” layihəsi, maliyyə təşkilatlarına dövlət informasiya ehtiyatlarına elektron çıxış imkanı yaradır, vətəndaş məlumatlarının vahid sistemdə toplanmasını və onların sürətli təhlilini təmin edərək sənədlərin rəqəmsal əldə olunmasını asanlaşdırır.
Daha çoxRəqəmsal Sənəd Dövriyyəsi (RSD) dövlət qurumları arasında sənədlərin elektron mübadiləsini təmin edən altsistemdir və bu, sənəd dövriyyəsini daha səmərəli edərək kağız istifadəsini minimuma endirir, eyni zamanda qurumlararası məlumat mübadiləsini asanlaşdırır.
Daha çox