Publik portala mygov ID vasitəsilə daxil olursunuz. Giriş etmədən "qonaq" qismində yalnız elanların məzmununu və digər açıq məlumatları oxuya bilərsiniz.
"e-İştirak" bölməsində maraqlı tədbiri tapın, üzərinə klikləyin, "Qeydiyyatdan keç" düyməsinə klik edin və tələb olunan məlumatları doldurun. Yekunda qeydiyyatı tamamlayın.
Şəxsi kabinetinizdə "Qeydiyyatdan keçdiyim elanlarım" bölməsindən görə bilərsiniz.
Xeyr, qeydiyyat formasının ilk hissəsi avtomatik şəxsi kabinetinizdən doldurulur. Məlumatlar köhnəlibsə, onları şəxsi kabinetinizdə istənilən vaxt yeniləyə bilərsiniz.
"İctimai şuralar" bölməsində müvafiq seçki elanını tapdıqdan sonra, "Namizəd kimi qeydiyyatdan keç" düyməsinə klik edin. Tələb olunan məlumatları daxil edib qeydiyyatı tamamlaya bilərsiniz.
Namizəd seçkidə iştirak etmək üçün müraciət edən şəxsdir. Təmsilçi isə seçki günü fiziki olaraq səsvermə prosesində iştirak etmək istəyən şəxsdir və yalnız elan "seçkiyə hazırlıq" mərhələsinə keçirildikdən sonra qeydiyyatdan keçə bilər.
Seçki və səsvermə prosesi fiziki olaraq elanda göstərilən ünvanda keçirilir və portal üzərindən onlayn səs vermə mövcud deyil.
Müraciətiniz paylaşılan elanlarla bağlıdırsa, müraciətinizi elanın sahibi olan müvafiq dövlət qurumuna ünvanlaya bilərsiniz. Bu zaman elanda qeyd olunan əlaqə məlumatları ilə və ya müvafiq qurumun əlaqə nömrəsi və ya elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.