Portal vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsi ilə bağlı nə təmin edir?
Portal vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsi ilə bağlı elektron imkanlar yaradır.
Portal vasitəsilə vətəndaşlara aşağıdakı imkanlar yaradılır:
Təşəbbüs qrupunun yaradılması və qeydiyyatı – vətəndaşlar qanunvericilik təşəbbüsü ilə çıxış etmək üçün formalaşdırdıqları təşəbbüs qrupunun qeydiyyata alınması üçün elektron qaydada müraciət təqdim edə bilirlər.
Layihənin təqdim edilməsi – qanunvericilik təşəbbüsü layihəsi və tələb olunan sənədlər Mərkəzi Seçki Komissiyasına Portal üzərindən elektron formada təqdim edilir.
Layihə ilə tanışlıq – təqdim olunmuş layihələrin məzmunu ilə tanış olmaq və onların izahını əldə etmək imkanı yaradılır.
İmzaların elektron toplanması – layihə təsdiq edildiyi halda onun dəstəklənməsi üçün vətəndaşların imzaları Portal vasitəsilə elektron qaydada toplanılır.
Məlumatlandırma və izləmə – təşəbbüsün qeydiyyatı, baxılması və nəticələri ilə bağlı məlumatlar vətəndaşlara elektron qaydada təqdim olunur.